AZE ENG
Facebook
Twitter Google Myspace
“İrəli” İctimai Birliyinin Tarix Mərkəzi Ağsu qazıntılarında
17-9-2010

“İrəli” İctimai Birliyinin Tarix Mərkəzi hər il Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılar və onların nəticələri ilə gəncləri yaxından tanış etmək, onların bu yöndə biliyini əyani olaraq möhkəmləndirmək üçün arxeoloji səfərlər təşkil edir. Bu il orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntıların əhəmiyyətini və son orta əsrlərin ən böyük şəhərinin açılmasını nəzərə alaraq “Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi ilə birlikdə Ağsuya arxeoloji səfər təşkil etməyi qərarlaşdırır.

Arxeoloji səfərin proqramı bu şəkildədir:
10.00 –Heydər Əliyev seyrangahından Ağsunu müşahidə...
10.30 – Orta əsr Ağsu şəhərində arxeoloji qazıntılarla tanışlıq.
11.30 – Arxeoloji qazıntılara qoşulma
13.00 – Ağsu arxeoloji ekspedisiyasının bazasında tapıntılar və onların bərpası
ilə tanışlıq
14.30 – “Gənclər orta əsr Ağsu şəhəri haqqında nə düşünür?” mövzusunda
müzakirələr16.30 – Şeyx Dursun Türbəsi və Qaraqoyunlu günbəzləri ilə tanışlıq 

Oxunub : 2630