AZE ENG
Facebook
Twitter Google Myspace
26FEVRAL.AZ INTERNET PORTALININ TƏQDIMATI OLACAQ
21-2-2014

Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək lentə alınıb və qiymətli video arxiv yaradılıb.
Layihə müəllifləri belə hesab edir ki, yaşayan Azərbaycanlıların hər biri Xocalı soyqırımının qurbanıdır. Bundan sonra doğulacaq Azərbaycanlılar da... 26 fevral xalqın lənət günüdür.
İmage Şirkəti və Miras İctimai Birliyi bu lənətli günü anladan 26FEVRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalı layihəsini təqdim etməyə hazırlaşır.
Layihə daxilində faciənin qurbanları və şahidlərinin xatirələrini lentə alaraq filmlər hazırlanıb və filmlər 26FEVRAL.AZ (eyni zamanda 26FEBRUARY.AZ) veb portalında yerləşdirilib. Çəkiliş qrupu ölkənin müxtəlif bölgələrində məskunlaşan onlarla Xocalı sakinini dinləyərək lentə alıb və qiymətli video arxiv yaradılıb. Layihə 1 il boyunca davam edəcək.
Xocalıya ədalət kampaniyasına dəstək olaraq Xocalı rayon İcra Hakimiyyətinin bilavasitə iştirakı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin köməyi ilə həyata keçirilən layihə Azersun Holdinqin yaxından dəstəyi ilə ərsəyə gəlib.
26FEVRAL.AZ internet portalının təqdimatı 25 fevral 2014-cü il saat 15.00-da World Business Center-də baş tutacaq. Bütün media və ictimaiyyət nümayəndələri tədbirə dəvətlidir.
Tədbirin keçiriləcəyi yer:
Address: AZ1014, Baku, Nasimi, Suleyman Rahimov, 309/53
Phone: (+994 12) 597-30-13, (+994 12) 597-30-14, (+994 12) 597-30-40
Fax: (+994 12) 597-30-13
Website: http://www.wbc.az
Email: office@wbc.az

Oxunub : 4039