"Azərbaycan Respublikasında Təhsilin İnkişafı Üzrə Dövlət Strateqiyası"nda innovasiyaların əhəmiyyəti xüsusi qeyd olunur, son 30-40 il ərzindəki elmi-texniki tərəqqi, innovsiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsilin öz fundamental əhəmiyyətini itirməkdə olduğu vurğulanır və bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Bu prioritetlərin həyata keçirilməsi pedaqoji innovasiyalara diqqət yetirməyi və onların düzgün idarəolunmasını təmin etməyi tələb edir.
Azərbaycan Müəllimlər İnstitutu aprelin 25-də “Təhsildə innovasiyalar” mövzusunda elmi-praktik konfransı keçirməyi planlaşdırır.
KONFRANSIN ƏSAS MƏRUZƏÇİLƏRİ:
1. “Zamanın çağırışı: innovasiyaların potensialı və təhsilin keyfiyyətinin yüksəldilməsində rolu”
Dilguşə Süleymanova,
Azərbaycan Müəllimlər İnstitutu
2. “Təhsildə innovasiyaların yaradılması və idarə edilməsi”
İlham Əhmədov,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
3. “Yeni Təlim Texnologiyaları: Kompyuterdən istifadə informasiya mədəniyyətinin formalaşdırılmasının başlıca amili kimi”
Almaz Həsrət,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Milli Məsləhətçisi
4. “Təhsilin keyfiyyətinin yüksəldilməsində mentorluq sisteminin yaradılmasının rolu”
Afaq Əliyeva,
Təhsil Problemləri İnstitutu
5. “Təhsil işçilərinin İKT-dən istifadəsi”
Ruhiyyə Mehdiyeva,
Təhsil Problemləri İnstitutu
Konfransın işində yaxından iştirak etmək və müzakirələrə qatılmaq istəyənlər 10 aprel 2014-cü il tarixinə qədər elm.muallimler@gmail.com adresinə iştirak istəyi haqqında məlumat göndərə bilərlər. |