AZE ENG
Facebook
Twitter Google Myspace
"TƏMİZ KƏND" I MİNİ FUTBOL TURNİRİNİN QALİBİ ÇİYNİ KOMANDASI OLDU
25-8-2014

Avqust ayının 23-də Ağsu rayonu Çiyni kənd stadionunda "Təmiz Kənd" I Mini Futbol turniri keçirilib. Turnirin açılış hissəsində MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək "Təmiz Kənd" layihəsi çərçivəsində monitorinq, təlim, futbol turniri, kəndlərdə iməclik və kitab nəşri planlaşdırdıqlarını və layihənin uğurla nəzərdə tutulan mərhələnin sonuna yaxınlaşdığını qeyd edib. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən bu layihəyə Ağsu rayonu İcra hakimiyyəti, Ağsu şəhər bələdiyyəsi, Gəgəli kənd bələdiyyəsi, Çiyni kənd bələdiyyəsi ilə yanaşı, Az-Granata Şirə və Şərab Emalı Müəssisəsi yaxından köməklik göstəriblər. Turnirdə "Təmiz kənd" layihəsi ilə əlaqəli olan "MİRAS", "ÜLGÜC", "ÇİYNİ" və "GƏGƏLİ" komandalarının iştirak etdiyini bildirən Fariz Xəlilli bu turnirin əsas məqsədinin kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdir. Daha sonra Az-Granata Şirə və Şərab Emalı Müəssisəsi adından professor Vüqar Mikayılov çıxış edərək müəssisələrinin bu cür ekoloji və etnoqrafik yanaşmaları əsas alan layihələri dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini bildirib, turnir iştirakçılarına uğurlar arzulayıb.
Əvvəlcə komandalararası görüşlər keçirilib, daha sonra 3-cü yer uğrunda "GƏGƏLİ" və "ÜLGÜC" komandaları görüşüb və "GƏGƏLİ" komandası 4:0 hesabı ilə qalib gəlib. Finalda "MİRAS" və "ÇİYNİ" komandaları qarşılaşıblar. "ÇİYNİ" komandası 8:2 hesabı ilə qalib gəlib.
Qaliblərin mükafatlandırılması mərasimində Ağsu rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ruslan Cəfərov çıxış edərək Ağsu rayonu İcra hakiminin salamlarını çatdırib, qalibləri təbrik edib, kənd idmanının inkişafı üçün gələcəkdə də belə turnirlərin keçirilməsinin zəruriliyini qeyd edib. Əvvəlcə "MİRAS", "ÜLGÜC" və "GƏGƏLİ" komandalarına plaketlər təqdim edilib. Daha sonra qalib "ÇİYNİ" komandasına turnirin rəmzi kuboku təqdim edilib.
Qeyd tmək lazımdır ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2014-cü ilin mart ayından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsini həyata keçirir.
 

Oxunub : 4177