AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS İctimai Birliyi İspaniyada “Təmiz Kənd” layihəsini təqdim etdi
22-9-2014

Sentyabrın 22-27-də İspaniyanıın Qalisiya şəhəri Selanova qəsəbəsində “Underground Archaeology” təşkilatı, Selanova şəhər bələdiyyəsi və Ourens şurasının birgə təşkilatçılığı ilə SOPA14 - II Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransı keçirilmişdir.
Dünyanın 10 ölkəsindən 200 ekspertin iştirak etdiyi konfransda əsas məqsəd ayrı-ayrı ölkələrdəki mədəni irs abidələrinin yerləşdiyi bölgələrdə aparılan araşdırmalarla tanışlıq, əsas mövzusu isə bu kontekstdə azad mədəniyyətlər olmuşdur. Konfransda İspaniya, Portuqaliya, Fransa, Böyük Britaniya, Meksika, Argentina, Peru, Uruqvay və digər ölkələrdən qatılan tədqiqatçılarla yanaşı, Azərbaycandan olan mütəxəssislər də iştirak edib. Azərbaycanı bu beynəlxalq konfransda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edib.
Konfransda MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, tədqiqatçılar Arzu Soltan və Gülşən Hüseynovanın “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı layihəsi” adlı poster-məruzəsi təqdim olunub. "Təmiz kənd" layihəsi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Birlik tərəfindən bu ilin mart-avqust aylarında Ağsu rayonunun 3 yaşayış məntəqəsində - Çiyni, Ülgüc və Gəgəli kəndlərində həyata keçirilmişdir.
Konfransda təqdim olunan poster-məruzə və onun mövzusu böyük maraqla qarşılanmışdır.
 

Oxunub : 3815