AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS-ın açıq havada qiraət günü maraqla qarşılandı
3-4-2013

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Beynəlxalq Uşaq Kitabı günü münasibətilə 2013-cü il aprelin 3-də açıq havada qiraət təşkil etdi.
Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə əməkdaşlıqda təşkil olunan tədbirdə rayon ictimaiyyəti və məktəblilər iştirak etdilər.
MİRAS İB-nin çap məhsulları, üzvlərin əl işləri, eləcə də kitabxananın təqdim etdiyi müxtəlif uşaq kitabları, oxucuların yaradıcılığının məhsulu olan rəsmlər və s. Nizami rayonundakı Heydər Əliyev parkında sərgiləndi. Ziyarətçilər elə parkdaca kitab oxumaq, yeni nəşrlərlə tanış olmaq imkanı qazandılar.
Həmçinin, MİRAS İB-nin üzvü, ebru mütəxəssisi Vüsal Qaraqaşlının təqdimatında bu sənətin sirləri ilə tanış oldular.
MİRAS İB sədrinin maüvini Arzu Soltanın sözlərinə görə, tədbirin keçirilməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək idi. Bir neçə saatlıq tədbir zamanı insanların kitaba, rəsm sənətinə, dilləri öyrənməklə bağlı marağını nəzərə alıb demək olar ki, belə aksiyaların faydası danılmazdır.
Qeyd edək ki, 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb. Məsələ ondadır ki, aprelin 2-i məşhur nağıl yazarı Hans Xristian Andersenin doğum günüdür. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib.
Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin "böyüklər" üçün yazılmış "Robinzon Kruzo" (1719) və "Qulliverin səyahəti" romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olundu. Kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə "Min bir gecə", "Ələddin", "Əli-Baba və qırx quldur", "Sindibadın yeddi səyahəti" nağılları da qeyd olunmalıdır. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldıqları nağılları da uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını saymaqla bitməz. XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri" sayanlar da çoxdur. XIX-XX əsrlər Azərbaycanda da uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunur.
 

Oxunub : 3071