AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS Bayburtda Dədə Qorqud festivalına qatıldı
4-7-2013

MİRAS Bayburtda Dədə Qorqud festivalına qatıldı
11 iyul 2012-ci il tarixində Türkiyə Cümhuriyyətinin Bayburt şəhərində XVIII Beynəlxalq Dədə
Qorqud Festivalının açılış mərasimi olmuşdur.
Festival iyulun 15-nə qədər müxtəlif tədbirlərlə davam edib. Festivalda Azərbaycanı MİRAS İctimai Birliyinin nümayəndə heyəti təmsil edib.
İyulun 12-də Bayburt şəhər Mədəniyyət mərkəzində MİRAS İctimai Birliyi və BEKDER Bayburt Elm, Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə “Ağsu möcüzəsi “sərgisinin açılışı olub. Sərginin açılışında iştirak edən Bayburt valisi Hasan İpek, AK Parti Bayburt Millət vəkili Bünyamin Özbek, Bayburt Bələdiyyə sədri Hacı Ali Polat, BEKDER Dərnəyinin sədri Mete Emir və digər səlahiyyətli nümayəndələrə bir türk-islam şəhəri olan Ağsudan aşkar olunmuş materiallar və qazıntının yenilikləri barədə məlumat verilib. MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsu şəhərində bu günlərdə aşkar olunan qızıl holland sikkələri və onun Azərbaycan-Avropa əlaqələrini öyrənmək baxımından əhəmiyyəti barədə məlumat verib.
Daha sonra XVIII Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində Bayburt vilayətinin Aydıntəpə qəsəbəsində təşkil olunmuş konsert proqramında Azərbaycandan gəlmiş “ İrs ansamblı “ maraqlı programla çıxış edib. Aydıntəpə Bələdiyyə sədri Orhan Eraslan Azərbaycan nümayəndə heyətinə hədiyyə plaketi təqdim edib.
 

Oxunub : 3138