AZE ENG
Facebook
Twitter Google Myspace
“Keçmişdən gələcəyə mədəni irs” mövzusunda sərgi açılıb
23-5-2012

AzərTAc xəbər verir ki, açılış mərasimində Bakı Yaradıcılıq Mərkəzinin rəhbəri Emin Yasinov, sənətşünas Ziyadxan Əliyev və başqaları sərginin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, sərgidə Maral Rəhmanzadə, Tofiq Ağababayev, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, Bəyim Hacızadə, Mir Nadir Zeynalov və digər tanınmış rəssamlarla yanaşı, gənc rəssamların əsərləri də nümayiş olunur. Sənətdə sözlərini demiş yaşlı nəsil rəssamların Azərbaycan incəsənətinə verdiyi töhfələr gənc nəsil ucun bir mirasdır.
"Miras" İB sədrinin müavini Arzu Soltan demişdir ki, sərginin məqsədi rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini geniş tamaşaçı kütləsinə təqdim etmək, eyni zamanda şəhərimizə turistlərin gəlişinin intensivləşdiyi bir vaxtda onların da diqqətini Azərbaycan incəsənətinin bu sahəsinə cəlb etməkdir. İB gələcəkdə də belə sərgilərin təşkilini planlaşdırır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar. 35 rəssamın 47 əsərinin nümayiş olunduğu sərgi üç gün davam edəcəkdir.
 

Oxunub : 3262