AZE ENG
Facebook
Twitter Google Myspace
İtaliya və Azərbaycan arasında yeni təhsil və təcrübə imkanları müzakirə edilib
10-2-2015

1-2 fevral tarixində Gənclərin I Beynəlxalq Mədəni İrs və Turizm Forumunda iştirak edən İtaliya Respublikası Kalabriya Universitetinin rektoru, professor Gino Mirocle Crisci, həmin universitetin əməkdaşları Mauro Francesco La Russa və Andrea Macchia Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva ilə görüşmüşlər. Kalabriya Universitetinin rektoru Universitet haqqında və həyata keçirdikləri təhsil fəaliyyətləri haqında geniş məlumat verib. Universitetin bakalavr, magistr və doktorantlar üçün sərfəli şərtlərlə təhsil imkanları yaratdığını, xarici ölkələrin tələbələrinin ödənişsiz əsaslarla təhsil almaq imkanlarının olduğunu vurğulayıb. Universitetin mədəni irsin konservasiyası və bərpası ilə bağlı elmi laboratiyalarında təcrübə keçməyin mümkünlüyü də qeyd edilib. Universitetin Azərbaycanda YOCOCU Ağsu kursunu dəstəklədiyi, keçən il birincisinin keçirildiyi bildirilib. 2015-ci ildə keçiriləcək YOCOCU Ağsu kursunun ikincisində tələbələrin daha aktiv iştirak etməsinin vacibliyi nəzərə çatdırılıb. Professor Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti haqqında geniş məlumat verib. Gənclərin mədəni irsin konservasiyası və bərpasına marağının artdığını, gələcəkdə əməkdaşlıq edə biləcəklərini qeyd edib.
Qonaqlar daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova və Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə ilə görüşüblər. Görüş zamanı professor Gino Mirocle Crisci Kalabriya Univesiteti haqqında ətraflı məlumat verib, kitabçalar təqdim edib. O, Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev və MİRAS İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli ilə əməkdaşlıq etdiklərini, Orta əsr Ağsu şəhərində aşakar olunan bəzi saxsı materiallarının analitik təhlillərini apardıqlqarını, maraqlı nəticələrin əldə olunduğunu qeyd edib. Bildirilib ki, yeni arxeoloji tədqiqat aparılan Mehrəvan qalasınının xüsusi nanomaterillarla konservasiya edilib qorunması üçün analitik araşdırmalara start verilib.
Daha sonra Mauro Francesco La Russa tələbələrin və gənc alimlərin Kalabriya Universitetində ödənişsiz bakalavr, magistr və doktorluq təhsili almaları üçün xüsusi proqram haqqında ərtaflı məlumat verib. O, AMEA-nın doktorantlarının təcrübə keçməsi və bu proqrama qoşulmaları üçün Kalabriya Universitetinə dəvət edib.
Professor Maisə Rəhimova Arxeologiya və Etnoqrafiya İnstitutunun ABŞ, Almaniya, Fransa, Yaponiya, Koreya respublikalarının elmi müəssisə və alimləri ilə geniş əməkdaşlıq etdiklərini, İtaliya universitetləri, o cümlədən Kalabriya Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Doktorantların ödənişsiz təcrübə və təhsil imkanlarını isə dəyərləndirə biləcəklərini vurğulayıb. Rektora Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşrləri hədiyyə edilib.
Professor Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Mədəni irsin konservasiyası və bərpası sahəsində İnstitutun təcrübəsi nəzərə çatdırılıb. İtaliyada keçirilən beynəlxalq konfranslarda İnstitutun əməkdaşlarının geniş tərkibdə təmsil olunduğunu vurğulayıb. Rektora Memarlıq və İncəsənət İnstitutunun memarlığa dair nəşrləri hədiyyə edilib.
 

Oxunub : 3844