AZE ENG
Facebook
Twitter Google Myspace
“Mədəni İrsin Yaşıl Konservasiyası” Beynəlxalq elmi-praktik konfransı
28-2-2015

“Mədəni İrsin Yaşıl Konservasiyası” Beynəlxalq elmi-praktik konfransı
27-28 oktyabr 2015
İtaliya Milli Tədqiqat Şurası- P.le Aldo Moro n. 7, 00185 Roma, İtaliya
Mədəni irsin konservasiya və bərpa obyektləri çalışanların sağlamlıq vəziyyəti və ətraf mühitə risk törədə bilər. Toksikoloji cəhətdən, bərpaçılar və konservasiyaçılar boya və piqmentlər kimi müəyyən məhsulların kanserogen effekti və zəhərli təsirləri olan müxtəlif növ zərərli maddələrə məruz qala bilir. Mədəni irs obyektləri ilə iş zamanı qeyri-standart bərpa texnikaları çox zaman bioksid kimi həlledici və digər kimyəvi qarışıqların istifadəsini nəzərdə tutur və aktual risklərin qiymətləndirilməsinə gətirib çıxarır. Sənət əsərləri sahə üzərində və ya daxili mühitdə çox zaman adekvat ventilasiya şəraiti kafi olması ilə bərpa olunmalıdır. Bundan sonra kimyəvi tullantının aşkara çıxarılması asan başa gəlmir və düzgün şəkildə həyata keçirilmədiyindən ətraf mühitdə ciddi nəticələrə gətirib çıxarır və bərpa prosesləri ilə bağlı olmayan adamlara belə təsir göstərir. Konservasiya təcrübəsi və konservasiya elmi tətbiqetməsi zamanı ekoloji, iqtisadi və sosial aspektlərə nəzər yetirilməlidir. Seminar ənənəvi məhsullar və metodlar üzərində mərkəzləşmiş yaşıl konservasiya üçün davamlı bərpa və inkişaf göstəricilərinə əsas yaradır.
Məqsəd aşağıda göstərilmiş mövzuları əhatə edir:
a) biotexnologiyalar və nanomaterial sektorlardan əldə olunmuş ekoloji cəhətdən təmiz məhsullar:
c) təhlükəli məhsulların əvəz olunması üçün artıq işlənib hazırlanmış elmi alternativ metodlar, eləcə də işçilər və mühit üçün ənənəvi bərpa işlərində tətbiq olunan metodlar;
b) iş şəraiti və rahat istifadəni nəzərə alan daha davamlı metodlara dair yeni araşdırmalar;
d) bərpa prosesləri zamanı kimyəvi maddələrin istifadəsinin səbəb olduğu sağlamlıq riskləri haqqında bərpaçıların məlumatlılığına dair təlim proqramları, fəaliyyətlər və ya tədqiqatlar.
İş Sağlamlığı və Təhlükəsizliyinin (İSG) davamlılıq və yaşıl konservasiya praktikalarına inteqrasiyası bərpaçıların sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi cəhətdən çox faydalıdır. Mədəni İrsin konservasiyasına tətbiq olunan yaşıllaşdırma metodları və riskli tullantıların istehsalının qarşısının alınması konservasiya təcrübəsinin araşdırılması və konservasiya elminin həlli üçün aparıcı elementlərdən hesab olunur.
Seminarda ödəniş yoxdur.
Müraciət üçün son tarix: 10 may 2015
Seminar SMATCH, YOCOCU, CNR-ICVBC, Kalabriya Universiteti, Legambiente, Fillea/CGIL tərəfindən təşkil olunacaq.
Daha geniş məlumatı tezliklə YOCOCU saytından (www.yococu.com) və ya info@yococu.com əldə edə bilərsiniz.
Seminarın dili: ingilis

 

ABSTRACT - YÜKLƏ 

 

Oxunub : 5623