AZE ENG
Facebook
Twitter Google Myspace
MİRAS üzv sıralarını genişləndirir
23-2-2015

MİRAS İctimai Birliyinin ofisində üzvlüyə qəbul olunmuş yeni üzvlər ilə görüş keçirilib. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli üzvləri salamlayıb, onları MİRASın sıralarında görməkdən məmnun olduqlarını bildirib. Görüşdə yeni üzvlərlə tanışlıq olub, İctimai Birliyin ötən illərdə həyata keçirdiyi layihələr, eləcə də yeni layihələr haqqında məlumat verilib. Yeni konfransların anonsları, 2015-ci il üzrə İş Planı əsasında görülən və nəzərdə tutulan işlər, habelə üzvlərin MİRASın layihə və fəaliyyəti ilə bağlı təklifləri müzakirə olunub. Görüşdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Təmiz kənd yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi, görmə qabiliyyəti məhdud insanlar üçün “Xeyirxah oxucu” və s. layihələrdən geniş bəhs olunub. Üzvlər MİRAS-a maraqlı təkliflər veriblər. Universitet tələbələri üçün arxeoloji düşərgələr keçirilməsi, təhsil müəssisələrində mədəni irs və turizm seminarları, abidələrin mühafizəsi ilə bağlı layihələrin icra olunması və s. kimi idelayarını bölüşüblər.
Görüşdə eyni zamanda aprel ayında təşkil olunacq Erasmus+ proqramı çərçivəsində Azərbaycanın Ağsu şəhəri və Belçikada təhsil mübadilə proqramında MİRAS üzvlərinin də aktiv iştirakı, 16-18 martda Ağsuda təşkil olunacaq I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı, 2-3 apreldə Bakı şəhərində keçiriləcək I Beynəlxalq “Tarixdə Soyqırımlar: Faktlar, Reallıqlar, Uydurmalar” Simpoziumu və 23-27 apreldə Rusiyanın Rostov şəhərində təşkil olunacaq Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı haqqında görüş iştirakçılarına məlumat verilib.
Görüşdə həmçinin qeyd olunub ki, YOCOCU 2014 AĞSU (YOCOCU – Mədəni İrsin Konservasiyasında Gənclər) iki mədəniyyət, Avropa və Qafqaz regionunun mədəniyyətləri arasında körpü rolunu oynayıb və dünyaya belə bir mesajla səslənib: “Mədəni irs bizim ümumi vasitəmizdir və hər birimizə məxsusdur!”. YOCOCU 2014 AĞSU insanların və onların niyyətinin qeyri-adi birləşməsidir. Bu imkan verir ki, mədəni irsin konservasiyası üçün müxtəlif metod və materialların düzgün tətbiqi və bu sektorda gənclərin cəlb olunması genişləndirilsin. YOCOCU 2014 AĞSU konfransında Beynəlxalq YOCOCU Assosiasiyası yaranıb və elan edilib. Fevralın 2-də Gənclərin I Beynəlxalq Mədəni İrs və Turizm Forumunda Beynəlxalq YOCOCU Assosiasiyası və MİRAS İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandumun şərtlərinə görə Beynəlxalq YOCOCU Assosiasiyasının Azərbaycan şəbəkəsinin qurulmasını MİRAS İctimai Birliyi həyata keçirəcək. Belə ki, MİRAS İctimai Birliyinin sədri həm də Beynəlxalq YOCOCU Assosiasiyasının Azərbaycan şəbəkəsinə rəhbərlik edəcək.
Eyni zamanda Beynəlxalq YOCOCU Assosiasiyasına üzv olmaq üçün MİRAS İctimai Birliyinin internet səhifəsindəki ərizə formasını doldurub qeydiyyatdan keçməyin mümkün olduğu nəzərə çatdırılıb.
 

Oxunub : 3642