AZE ENG
Facebook
Twitter Google Myspace
Miras və Ağsu ekspedisiyası üzvləri Azərtacın bölgə ofisini ziyarət ediblər
6-3-2015

Martın 5-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli və AMEA Ağsu arxeoloji ekspedisiyasının üzvü Elmira Abbasova AZƏRTAC Azərbaycan Dövlət İnformasiya Agentliyinin Şirvan bölgəsi üzrə ofisini ziyarət etmişlər. Onlar AZƏRTACın Şirvan bölgəsi üzrə müxbiri Adil Ağayevlə görüşərək Agentliyin yaradılmasının 95 illiyi münasibətilə AZƏRTAC əməkdaşlarını təbrik ediblər.
AZƏRTACın hər zaman mədəni irs və turizm sahəsində dövlət, ictimai və özəl təşkilatların fəaliyyətini geniş oxucu auditoriyasına çatdırdığını qeyd edən Fariz Xəlilli Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatları, konservasiya və bərpa işlərini, eləcə də təbliğat və təşviqatı yaxından izlədiklərini bildirib. Bu münasibətilə AZƏRTAC Azərbaycan Dövlət İnformasiya Agentliyini MİRASın dostu elan edən birlik tədqiqatlarla bağlı eksklüziv materialları hər zaman öncə agentliyin əməkdaşlarına ötürür.
Ekspedisiyanın üzvü Elmira Abbasova bölgə müxbiri kimi Adil Ağayevin daim ekspedisiya ilə əlaqə saxladığını və tez-tez qazıntı sahələrində olduğunu nəzərə çatdırıb və təşəkkür edib.
AZƏRTACın bölgə müxbiri Adil Ağayev Azərbaycan mədəni irsinin yayılmasında göstərdiyi informasiya dəstəyinə görə xüsusi diplomla mükafatlandırılıb. Diplomu təqdim edən sədr Fariz Xəlilli gələcəkdə də QHT və Dövlət İnformasiya Agentliyi arasında bu sıx əlaqələrin davam etməsini arzuladıqlarını və mədəni irsin təbliğində AZƏRTACa arxalandıqlarını qeyd edib.
Adil Ağayev MİRASa və Ağsu ekspedisiyasına AZƏRTACın 95 illik yubileyinə belə həssas yanaşdıqları üçün minnətdarlıq edib və gələcəkdə də səmərəli əməkdaşlıq edəcəklərini vurğulayıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
 

Oxunub : 3849