AZE ENG
Facebook
Twitter Google Myspace
Azərbaycanın mədəni irsi Gürcüstanda təbliğ olunmaqda davam edir
17-5-2012

Aprelin 21-də Tiflis şəhərində Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təqdimatı keçirilmiş, Birliyin Gürcüstan üzrə təmsilçisi Elnur Əliyev, MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış etmişlər. Tədbir iştirakçılarına birliyin nəşrləri təqdim olunmuşdu. İlkin olaraq Dr. Fariz Xəlilli “Azərbaycanın mədəni irsi” mövzusunda məruzə etmişdir. Silsilə seminarlarda iştirak üçün müxtəlif universitetlərin fərqli ixtisaslarından 30-dan çox tələbə qeydiyyatdan keçmişdir. Seminarlarda umümilikdə Azərbaycanlıların mənəvi mədəniyyəti, azərbaycan dili, azərbaycan ədəbiyyatı, Gürcüstan-Azərbaycan münasibətləri və Gürcüstan azərbaycanlıları mövzularında seminarlar keçilirlməkdədir. Seminarlar gürcücə və ya gürcücəyə ardıcıl tərcümə vasitəsi ilə keçirilir. Mayın 5-də tanınmış filoloq, tərcüməçi Oqtay Kazımovun "Azərbaycan ədəbiyyatı" mövzusunda seminarı keçirilmişdir. Seminar zamanı iştirakçılara azərbaycanlıların folkloru və ədəbi irsi haqqında geniş məlumat verilmiş, muğam və aşıq sənətindən bir neçə parçalar da dinlədilmişdir. Daha bir seminar 12 May tarixində Birliyin Gürcüstan üzrə təmsilçisi, Tbilisi Dövlət Universitetinin tələbəsi Elnur Əliyevin çıxışında "Azerbaycan dili" mövzusunda keçirilmişdi. Tələbələrə Azərbaycan dili, xüsusilə fonetikası, elmi əsərlər və Gürcü-Azərbaycan dil əlaqələləri haqda məlumat verilib və sonda suallar cavablandırılıb. 19 mayda keçiriləcək yeni seminarda MİRAS İctimai Birliyinin İdarə Heyətinin üzvü, tarixçi Rəşad İbrahimov "Azərbaycan-Gürcüstan münasibətləri və sosial məsələlər" movzusunda məruzə edəcəkdir. 19 mayda seminarlara yekun vurulacaq və dinləyicilərə sertifikatlar veriləcək.
Seminarlar gənc tələbələrin böyük marağına səbəb olmaqla yanaşı, onlara Azərbaycanın mədəni irsi və ictimai həyatı barədə zəngin məlumatlar əldə etmək imkanı yaradır.

Oxunub : 2905