AZE ENG
Facebook
Twitter Google Myspace
“Tut bağları - mirasımızdır" ağacəkmə aksiyası keçirilib
5-5-2015

May ayının 3-də Ağsu rayonu Ülgüc kəndi yaxınlığındakı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi mühafizə zolağında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan "Tut bağları - mirasımızdır" ağacəkmə aksiyası keçirilib.
Ağsu rayonu sakinlərinin həyətyanı sahələrindən toplanan 200-dən çox tut ağacı tingi könüllü Miras üzvləri və Xəzər Universitetinin tələbələri tərəfindən əkilib.
Aksiya Miras İctimai Birliyinin 2014-cü ildə həyata keçirdiyi Təmiz Kənd layihəsinin davamı olaraq ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, arxeoloji turizm kompleksi layihəyə cəlb edilmiş Ülgüc kəndi ərazisinə daxildir. Miras İctimai Birliyi keçən il kəndin su ilə təchizatı məqsədilə müvafiq təşkilatlarla birlikdə uzun illərdir yararsız olan su artezian quyusunun fəaliyyətini bərpa etməyə nail olmuşdu. Tut bağları ənənəsini dirçəltmək, onun ipək və qida istehsalındakı önəmini bir daha xatırlatmaq məqsədi daşıyan aksiya yerli sakinlər tərəfindən də maraqla qarşılanıb.
Ağacəkmə aksiyasına Ağsu rayonu İcra hakimiyyəti, Ağsu şəhəri Bələdiyyəsi və Ağsu arxeoloji ekspedisiyası dəstək verib.
 

Oxunub : 3726