AZE ENG
Facebook
Twitter Google Myspace
VI Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransı - 2018
18-12-2017

VI Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransı - 2018

Matera, İtaliya, 23-25 may

http://www.yococu2018.com

Son müraciət tarixi 28 yanvar 2018-ci ildir.

VI Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransının məqsədi bir tərəfdən tədqiqatçılar, konservasiyaçılar, menecerlər arasında, digər tərəfdən isə vətəndaş cəmiyyəti, ictimaiyyət və qeyri-hökümət təşkilatları arasında əməkdaşlığı, dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir. Bu məqsədlə, Living Lab adlı xüsusi sessiya təqdim olunur ki, burada iştirakçılar məhsulları və tədqiqatlarında istifadə etdikləri metodları göstərə bilir; Sənətini Göstər sessiyası təbliğat fəaliyyətinin iştirakçıları olan vətəndaşlara şamil olunur və Təbliğat Tədbirləri sessiyası nümunələrin və xüsusi obyektlər üzərində elmi təhlillər aparmaq üçün sponsorlar, iştirakçılar və vətəndaşlar arasında əlaqəyə həsr olunur. 

YOCOCU 2018 konfransında mədəni irs sahəsi üzrə mütəxəssislər və tədqiqatçılar və özəl sektorun nümayəndələri (vətəndaşlar, cəmiyyətlər, bələdiyyələr, mədəni irs institutları) layihələrini təqdim edəcək, tədqiqat aparacaq və növbəti fəaliyyətləri və riskləri müzakirə edəcək. Onlar yeni strategiyalar irəli sürəcək və yeni prioritetlər yaradacaqlar. Konfransda həmçinin, elm cəmiyyəti mədəni irs sahəsində çalışan vətəndaş qruplarının məqsədləri və öhdəlikləri haqqında daha çox məlumat əldə etmək və yeni konservasiya strategiyaları qurmaq imkanları ilə təmin ediləcək.

Mədəni irsin xarakteristikası, diaqnostikası, konservsasiyası və bərpasına, eləcə də arxeometriya, muzeyə həsr olunmuş məqalələr qəbul olunur. Konfransda həmçinin müxtəlif mövzular, məs.müasir incəsənət, sənaye irsi və dizayn sahələri üzərində işləmək imkanı, həmçinin, yeni məhsullar, tədqiqatlar, təhsil layihələri və fəaliyyətləri təqdim etmək imkanı qazanılacaq. Biz inanırıq ki, hər bir məqalə özü-özlüyündə konfransın gedişinə xüsusi töhvə verəcək və yeni və müxtəlif yanaşmalara səbəb olacaq.

MÖVZULAR

a) Metodika və materiallar baxımından yeni texnologiyalar

b) Arxeometriya və mədəni irs: Təbii və süni daş materialları və metalların mənşəyi

c) Arxeoloji abidələrin və binaların mühafizəsi və konservasiyası

d) Müasir İncəsənət və digər müasir materialların qorunub saxlanması   

e) Mədəni irsin təzahürü və təqdimatı (Sərgi Dizaynı)

f) Bərpa sahələri və təhsilləndirmə

g) Ənənə və novatorluq arasında mədəni irsin xüsusi imkanları

h) Təhsil və mədəni irs

 

İŞTİRAK ŞƏRTLƏRİ

Məlumat üçün bu linkə daxil olun:

http://www.yococu2018.com/2017/07/10/how-to-partecipate/

 

MƏQALƏLƏRİN NƏŞRİ 

Təqdim olunmuş bütün  tezislər ekspert qiymətləndirilməsindən keçəcəkdir. 

Ən yaxşı məqalələr (maksimum 5 məqalə) Journal of Cultural Heritage jurnalında çap ediləcək.

 

Yalnız qəbul edilmiş məqalələr Natural Product Research və MDPI-nin yeni “Heritage” jurnalında çap olunacaq.

Bundan başqa xüsusi konfrans mövzularına uyğun olacaq digər jurnallarla əməkdaşlığın üzərində işlənilir.

Oxunub : 3588