AZE ENG
Facebook
Twitter Google Myspace
PİCASP layihəsi davam edir
6-3-2023

PİCASP layihəsi çərçivəsində Layihənin yerli tərəfdaşları olan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Xəzər Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşün məqsədi Layihə çərçivəsində MİRAS İctimai Birliyi tərəfindən 2023-cü il ərzində təşkil olunacaq tədbirlərin müzakirəsi olmuşdur. Görüş zamanı adı çəkilən təhsil ocaqlarının müəllim və tələbə heyətlərinin iştirakı ilə keçiriləcək seminarlar, tanışlıq turları, təlimlər və ekspedisyalar haqqında razılıq əldə edilmişdir. Bu tədbirlərin eyni zamanda digər müvafiq təhsil ocaqlarında da təşkil oluması planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Birliyinin ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vazitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir.

Oxunub : 1376