AZE ENG
Facebook
Twitter Google Myspace
“Dünya yaddaşı - əlyazma kolleksiyalarının vitual təqdimatının təşkili, katoloqlarının hazırlanması” layihəsi.
27-5-2023

26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi müsabiqənin qalibidir.

Azərbaycanda maraqlı şəxslər və sahibkarlar, alimlər əlyazmaların özəl kolleksiyalarına malikdirlər. Yerli muzey və qoruqlarda tədqiqata cəlb edilməyən çoxlu sayda əlyazma var. Bununla yanaşı, Avropa, Türkiyə, İran, Rusya, Orta Asiya kimi ölkələrin elm mərkəzlərinə malik qurumlarda, müstəqil tədqiqatçılarda əlyazma kolleksiyalarına çıxış imkanı məhduddur. Əgər pərakəndə şəkildə ölkəmizin hər yerinə yayılmış əlyazma nümunələri, çap materialları bir virtual məkanda toplanarsa, onlar cüzi ödəniş qarşılığında həmin tədqiqatçılara, elm müəssisələrinə verilərsə YUNESKO tərəfindən Dünya Yaddaşı hesab edilən əlyazmalarımız xalqımızın elmi və ədəbi irsini tanıdar.

Layihənin əsas ideyası pərakəndə şəkildə həyata keçirilən əlyazmaların onlayn təqdimatını virtual şəkildə bir mərkəzdən təşkil etməyə nail olmaqdır. İlk mərhələdə Miras İctimai Birliyi ilə əlaqəsi olan dörd kolleksiyada toplanan əlyazmalardan ibarət virtual təqdimat mərkəzi qurulacaq. Təqdimat həm yerində, həm də elektron resurslarda (pdf. və digər formatlar) həyata keçiriləcək. Kağız resurslarda əlyazmaların surətləri sifarişçilərə göndərilə bilər. Hansı kolleksionerin və ya dövlət qurumunun əlyazmalarının pdf. surəti təqdim ediləcəksə, həmin fiziki və hüquqi şəxslərə məlumat veriləcəkdir. Layihənin davamlı olması üçün surətlərin satılması da mümkün olacaqdır. Bu həmin əlyazmaların qorunması və mühafizə edilməsi üçün əlavə maddi imkan təmin edəcəkdir.

Oxunub : 1256