AZE ENG
Facebook
Twitter Google Myspace
"Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor Festivalları" videoçarxının və onlayn kataloqunun təqdimatı
1-8-2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 31 iyul tarixində Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor Festivalları" videoçarxının və onlayn kataloqunun təqdimatı olub.

 

Təqdimatda layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək "Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor Festivalları" videoçarxının və onlayn kataloqunun hazırlanması səbəblərindən danışıb. Əvvəlcə "Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor Festivalları" videoçarxı, sonra "Tərəkəmə Çərşənbəsi Beynəlxalq Folklor Festivalları" onlayn kataloqu təqdim olunub. Videoçarx Ağsu rayonu Gəgəli bələdiyyəsi Yerli Media müəssisəsi tərəfindən hazırlanıb, kataloq isə "MİMTA Yayımları" nəşriyyatında tərtib edilib. Tərəkəmə Çərşənbəsi beynəlxalq folklor festivallarının tanıtımı üçün bu videoçarx və kataloqun əhəmiyyətindən danışılıb.

 

Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova, Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sevda Dəmirova, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, bütün festivalların iştirakçısı Aşıq Amil Dadaşov festivallarla bağlı fikirlərini bölüşüblər.

 

Fariz Xəlilli bununla "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsinə yekun vurulduğunu və Tərəkəmə Çərşənbəsi Altıncı Beynəlxalq Folklor Festivalını elan etdiklərini bildirdi. Altıncı festivalın 17-19 mart 2025-ci il tarixlərində Gəgəli kəndində keçiriləcəyi qeyd edilib. 

 

#MədəniyyətNazirliyi #MinistryofCulture #MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Gəgəli #Culture #CulturalHeritage #Tərəkəmə #Folklor #Festival #Transhumance

Oxunub : 2804