AZE ENG
Facebook
Twitter Google Myspace
Qazaxıstanda PICASP görüşləri başa çatıb
25-11-2024

Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində maliyyələşdirilən PICASP - Xəzər bölgəsinin inkişafında universitet+müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar layihəsi çərçivəsində tərəfdaşların (İtaliya, Polşa, Litva, Qazaxıstan və Azərbaycan) iştirakı ilə Qazaxıstan Respublikası üzrə növbəti görüşün ikinci hissəsi Almatı şəhərində baş tutub. Qazaxıstanın Beynəlxalq Biznes Universiteti tərəfindən təşkil olunan görüşdə layihə dövründə Universitetin gördüyü işlər, yaradılan MOOC təlimləri (kütləvi açıq onlayn kurslar), universitet+müəssisə əməkdaşlığı, istehsalat müəssisələri təcrübəsi və s. haqqında geniş məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar üçün Qazaxıstan Respublikasının Dövlət Muzeyi, Şimbulak-Medeu dağ-xizək kompleksi və Tanbalı qayaüstü təsvirlər muzey-qoruğuna tanışlıq səfərləri təşkil olunub. Azərbaycan tərəfini "Miras" İctimai Birliyi, Xəzər Universiteti və  Azərbaycan Turizm və Menecment Universitetindən 11 nəfərlik nümayəndə heyəti təmsil edib. Tədbir zamanı "Miras" İctimai Birliyinin layihə çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilib və əldə olunan nəticələrin davamlılığını təmin etmək məqsədilə növbəti layihələrdə əməkdaşlığın daha da genişləndirilməsinin mühüm olduğu bildirilib.Tərəfdaşların növbəti görüşü dekabr ayında Bakıda keçiriləcək.

 

Oxunub : 144