AZE ENG
Facebook
Twitter Google Myspace
“Arxeoloji irsin muzeyləşdirilməsi” mövzusunda seminar
28-11-2024
PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə Tədbirlər Planına əsasən 27 noyabr 2024-cü il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Arxeoloji irsin muzeyləşdirilməsi” mövzusunda seminar təşkil edilib. "Muzeyşünaslıq" və "Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi" ixtisası üzrə təhsil alan 20-dən çox magistrin və müəllimlərinin iştirakı ilə keçirilən seminarda məruzəçi qismində çıxış edən tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə inzibati rəhbəri) arxeoloji irsin muzeyləşdirilməsini "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu nümunəsində təqdim etmişdir. Fəal magistrlərə "Bələdiyyələr və mədəni irs" araşdırma və təlimat kitabları hədiyyə olunmuşdur.
 
Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.
 
 
Oxunub : 129